Bakıda mikroavtobus yandı
11 iyul 2021 09:50 (UTC +04:00)

Bakıda mikroavtobus yandı

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 500 m² olan bir dam altında tikilən 7 boksdan ibarət avtomobil təmiri sexinin 1 boksunun yanar konstruksiyaları 18 m² sahədə və içərisində təmirə dayanan ”Mercedes” markalı mikroavtobusun yanar hissələri yanıb.

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092
avatar

Oxşar yazılar