Nərimanovda yanğın
16 oktyabr 2021 10:44 (UTC +04:00)

Nərimanovda yanğın

Bakıda məşhur ticarət mərkəzində YANĞIN SÖNDÜRÜLDÜ - VİDEO - YENİLƏNİB

Nərimanov rayonunda bir neçə obyektdə baş verən yanğın söndürülüb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

10:06

***

Yanğın olan küçənin daha bir girişinə məhdudiyyət qoyulub.

BNA-dan Lent.az-a verilən məlumata görə, Ağa Nemətulla küçəsinə Heydər Əliyev prospektindən də girişə məhdudiyyət qoyulub.

***

Saat: 10:00

Bakıda yanğınla bağlı bir neçə marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, Təbriz küçəsində  "Metro city" ticarət mərkəzində hazırda yanğın baş verir:

"Nəticədə 5, 24, M8 və 202 müntəzəm marşrut xətlərin hərəkət istiqamətində bəzi dəyişiklər olub və gecikmələr müşahidə olunur".

***

Saat: 09:44

Bakı şəhəri, Nərimanov rayonunda, Nərimanov metrostansiyası yaxınlığında “Metro-City” ticarət mərkəzində başlayan yanğın ətrafdakı ticarət obyektlərinə də keçib.

Lent.az APA-ya istinadən xəbər verir ki, ticarət mərkəzinin yaxınlığındakı Mobil telefon satışı dükanlarında və aptekdə də yanğın başlayıb.

***

Saat: 09:37

Bakıda yanğın olan əraziyə məhdudiyyət qoyulub.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, F.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsindən Ağa Nemətulla küçəsinə girişə məhdudiyyət tətbiq edilib.

***

Saat: 09:18

Bakıda ticarət mərkəzində yanğın başlayıb.

Lent.az-ın məlumatına görə, hadisə pyatxtın Nərimanov rayonunda "Metrocity" ticarət mərkəzində qeydə alınıb.

Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.

Bakıda ticarət mərkəzi yanır

# 46122
avatar

Mehman Nəbiyev

Oxşar yazılar