Bakıda avtomobil piyadanı vurub.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
Abbasov Ramin Miri oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada 40 yaşlı Şirəliyeva Arzu Abasqulu qızını vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı cinayət işi açılıb.