Bakıda məktəblilər arasında bıçaqlanma hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin qarşısında qeydə alınıb.
Məktəbin 11-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü M.S sinif yoldaşı D.X. ilə mübahisə edib. Mübahisə nəticəsində onlardan biri digərini bıçaqlayıb.
Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini S.Sadıqov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.