Bakıda maşının qabağını kəsib sürücüdən pul istədilər
08 aprel 2023 12:25 (UTC +04:00)

Bakıda maşının qabağını kəsib sürücüdən pul istədilər

0

Bakıda sürücüdən hədə-qorxu ilə pul edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə aprelin 6-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində baş verib. Avtomobilin qarşısının kəsilərək sürücüdən qanunsuz pul tələb edilməsi barədə polisə məlumat daxil olub.

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Bakı şəhər sakini Vahid Xələfov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2237

Oxşar yazılar