Bakıda lal-kar qadını maşın vurub.
Lent.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl paytaxtın Nizami rayonu Q.Qarayev prospektində qeydə alınıb.
Həmin ünvanda yerləşən Azərbaycan Lal-Karlar İttifaqının yataqxanasında qalan 60 yaşlı Mülkiyyə Məmmədovanı yolu keçərkən naməlum maşın vuraraq qaçıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Yaxınlarının verdiyi məlumata görə, əlil qadını vuran "Mercedes" markalı avtomobil müəyyən olunsa da, sürücüsü hələ də məsuliyyətə cəlb edilməyib.
Faktla bağlı Nizami rayon polis idarəsində araşdırma aparılır.