Bakıda  kütləvi dava:   İki dost bıçaqlandı
20 oktyabr 2022 04:22 (UTC +04:00)

Bakıda kütləvi dava: İki dost bıçaqlandı

0

Bakının Binəqədi rayonunda dava zamanı xəsarət alanlar olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 19 yaşlı Sahib Fərhad oğlu Eyvazov və onun dostu - hələlik adı bilinməyən gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2658

Oxşar yazılar