Bakıda KÜTLƏVİ DAVA:  Abşeron sakinləri döyüldü - YENİLƏNİB
14 aprel 2023 21:16 (UTC +04:00)

Bakıda KÜTLƏVİ DAVA: Abşeron sakinləri döyüldü - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Lökbatanda baş verən davaya münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-a bildirib ki, hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində təhqiqat araşdırmaları aparılır.

Müvafiq məhkəmə tibbi ekspertizası təyin olunub.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

***

Saat 18:42

Bakıda kütləvi dava olub. 

Lent.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Bir qrup şəxs arasında başa verən davada Abşeron rayon sakinləri - 43 yaşlı Novruz Hüseynov və 40 yaşlı Əli Yaqubov xəsarət alıb. 

Hadisə barədə polisə məlumat verilib. Daxil olan məlumat əsasında Qaradağ rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Hazırda davanın digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərə davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4080
avatar

Fidan İlqar

Oxşar yazılar