Bakıda qıza qarşı soyğunçuluq edilib.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 16-da Nizami rayonu ərazisində Bakı şəhər sakini olan bir qızın mobil telefonu soyğunçuluqla əlindən alıb.
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Bakı şəhər sakinləri H.Yunusov və M.Novruzlu müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.