Bakıda körpünün üzərində qəza: 3 nəfər yaralandı  - FOTO
26 iyul 2021 03:16 (UTC +04:00)

Bakıda körpünün üzərində qəza: 3 nəfər yaralandı - FOTO

Bakının Nəsimi rayonunda iki avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə “Papanin körpüsü” kimi tanınan ərazidə baş verib.

“Opel” markalı avtomobil körpünün üzərində qəfil “Lada” markalı avtomobilin qarşısına çıxıb. İki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Abışov Mətn Məhəmməd oğlu, 1974-cü il təvəllüdlü Cabbarov Asəf Nadir Oğlu və 1994-cü il təvəllüdlü İbrahimov Ramil Rauf ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

# 1737
avatar

Oxşar yazılar