Yasamal rayonu ərazisində naməlum şəxsin bir qadını aldadaraq hesabına 225 manat ödətdirməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən O.Səlimzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.