Bakıda bank kartından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayonu ərazisindən bir nəfərin aldadılaraq hesabından 2000 manatının çıxarılması barədə polisə məlumat daxil olub.
Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən L.Cəfərova müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.