Bakıda kafedə dava düşdü,  bıçaqlanan var
06 may 2022 05:58 (UTC +04:00)

Bakıda kafedə dava düşdü, bıçaqlanan var

Bakının Suraxanı rayonunda bıçaqlanma baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, kafedə müştəri olan 1987-ci il təvəllüdlü Musayev Ramil Bağı oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

O, qarnın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2007
avatar

Oxşar yazılar