Jurnalist Əli Fərəcov vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
"Report"un məlumatına görə, mərhumun cansız bədəni anasının Maştağa qəbiristanlığında yerləşən məzarı başında tapılıb.
Məlumata görə, noyabrın 4-ü mərhumun anasının vəfatımın ildönümü olub. Ə.Fərəcov da bu məqsədlə anasının qəbrini ziyarət etməyə gedib.
Qeyd edək ki, mərhum jurnalist “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin əməkdaşı olub. O, həmçinin uzun illər idman jurnalistikası sahəsində çalışıb.