Bakıda istirahət mərkəzində ÖLÜM  - VİDEO
06 avqust 2022 16:35 (UTC +04:00)

Bakıda istirahət mərkəzində ÖLÜM - VİDEO

Bakıda istirahət mərkəzində ölüm hadisəsi baş verib.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, dünən Səbail rayonu Şıx qəsəbəsində yerləşən “Dostluq” istirahət mərkəzində paytaxt sakini, 32 yaşlı Pərviz Kazım oğlu Sultanov ölüb.

Bir çox xəbər saytlarının yaydığı məlumata görə, mərhum hovuzda çimərkən boğulub. Hadisənin necə baş verdiyini öyrənmək üçün istirahət mərkəzinin meneceri ilə əlaqə saxladıq. Menecer Ümid Quliyev bildirdi ki, mərhum hovuzda çimdikdən bir neçə dəqiqə sonra günəşlənərkən vəfat edib.

İlkin araşdırmalar zamanı Pərviz Sultanovun həqiqətən də epilepsiya xəstəsi olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

# 3168
avatar

Oxşar yazılar