Bakıda intihara cəhdin qarşısı alındı
27 aprel 2023 16:27 (UTC +04:00)

Bakıda intihara cəhdin qarşısı alındı

0

Bu gün günorta saatlarında Bakı şəhərinin Xətai rayonu ərazisində 1 nəfər kişi işıqlandırma dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, ərazidən keçən vətəndaşlar dərhal "112" qaynar telefon xəttinə məlumat veriblər. Qısa müddət sonra əraziyə Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər zəruri təhlükəsizlik tədbirləri göstərməklə vətəndaşla psixoloji söhbət aparıb və onu intihara cəhd fikrindən daşındırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2015

Oxşar yazılar