Bakıda  iki nəfəri   maşın vurdu
15 iyul 2022 06:30 (UTC +04:00)

Bakıda iki nəfəri maşın vurdu

Bakının Binəqədi və Səbail rayonlarında yol qəzaları zamanı iki nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hər iki hadisə yolun piyada üçün müəyyən edilməmiş hissəsində qeydə alınıb.

Belə ki, Biləcəri qəsəbəsində 1974-cü il təvəllüdlü Verdiyeva Aynurə Vəli qızını avtomobil vurub.

Digər analoji hadisə Botanika bağının qarşısında baş verib.

1992-ci il təvəllüdlü Hümbətli Sevinc Rüfət qızı yolu keçərkən onu avtomobil vurub.

Hər iki yaralı ağır vəziyyətdə 1 nömrəli xəstəxənanın reanimasiya şöbəsinə yerləşdirilib.

# 1449
avatar

Oxşar yazılar