Bakıda iki nəfər  bıçaqlandı
27 may 2022 01:01 (UTC +04:00)

Bakıda iki nəfər bıçaqlandı

Bakının Nəsimi və Xətai rayonu ərazilərində iki nəfər bıçaqlanıb. 

Lent.az xəbər verir ki, hadisə Nəsimi və Xətai rayonlarında olub.

Belə ki, Xətai rayonu, Mingəçevir küçəsində 2005-ci il təvəllüdlü Babayev Rəşad Tahir oğlu dava zamanı bıçaqlanıb.
Digər analoji hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, Şamil Əzizbəyov küçəsində 1987-ci il təvəllüdlü Cavadov Ülvi Cavad oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. 
Yaralılar xəstəxanaya yerləşdirilib. 

Həkimlər onların vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı araşdırma aparılır.
 

# 1842
avatar

Oxşar yazılar