Xəzər rayonunda ümumi sahəsi 120 m² olan, tikintisi başa çatmayan iki evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 60 m² sahədə, 2-ci mərtəbəsinin tavanı və ondulindən ibarət dam örtüyü 60 m² sahədə və yaxınlıqda, ümumi sahəsi 90 m² olan, birmərtəbəli evin ondulindən ibarət dam örtüyü 3 m² sahədə yanıb.
Birmərtəbəli evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.