Bakıda daha bir məktəbdə koronavirusa yoluxma faktı aşkar edilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 253 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi koronavirusa yoluxub.
Bu səbəblə həmin sinif bu gündən etibarən onlayn qaydada tədrisi davam etdirəcək.