Bakıda Gürcüstan vətəndaşını avtomobil vuraraq öldürüb.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, Kamil Əhədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı, 1989-cu il təvəllüdlü Allahverdi Musayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.