Bakıda gənc üçüncü mərtəbədən yıxılaraq  komaya düşdü  - FOTO
15 sentyabr 2022 06:11 (UTC +04:00)

Bakıda gənc üçüncü mərtəbədən yıxılaraq komaya düşdü - FOTO

Bakının Nəsimi rayonunda ehtiyyatsızlıqdan bir nəfər ağır xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə 28 May küçəsində qeydə alınıb.

Belə ki, beşmərtəbəli binanın üçüncü mərtəbəsində yaşayan 1997-ci il təvvəllüdlü Quliyev Rüfət Vidadi oğlu yataq otağının pəncərindən yıxılıb. 

O zərbə nəticəsində baş və bədənin müxtəlif nahiyyələrindən ağır xəsarət alıb. 

Yaralı komatoz vəziyyətində Kliniki Tibbi Mərkəzə Yerləşdirilib. 

Hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır.

# 2343
avatar

Oxşar yazılar