Bakıda bir nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Məlumat əsasında həmin əraziyə gedən FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 81 yaşlı Musayeva Minayə Bəkir qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.