Bakıda evdən pul oğurlandı
11 noyabr 2023 16:48 (UTC +04:00)

Bakıda evdən pul oğurlandı

Bakıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, noyabrın 8-də Yasamal rayonu ərazisindəki mənzillərin birindən 2000 manat pul oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş B.Abdullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4776
avatar

Oxşar yazılar