Bakıda ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Buradakı mənzillərin birindən 19.000 avro, 4950 funt sterling və 4800 ABŞ dollarının (təxminən ümumilikdə 44 min 700 manat) qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Silayət Əhmədov və Biləsuvar rayon sakini Amid Abışov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.