Avqustun 4-də Nərimanov rayonu ərazisindəki evlərin birindən 8.500 manat, 11.000 dollar pul və 13.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Abbas Ələkbərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.