Bakıda dəhşətli intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə səhər saat 7 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi V yaşayış sahəsində qeydə alınıb.
Bakı şəhər sakini, 34 yaşlı Xəyal Salman oğlu Hüseynov yaşadığı binanın 11-ci mərtəbəsindən özünü atıb.
Nəticədə o aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
İntiharın səbəbi məlum deyil.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.