Bakıda intihar etdiyi bildirilən ana və qızının kimliyi müəyyən olunub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı ölən ana 39 yaşlı Tarverdiyeva Pərvanə Bilal qızıdır.
Müxtəlif dərəcəli bədən xəsarətləri alaraq sağ qalan isə onun qızı 15 yaşlı Z. Tarverdiyevadır.
Hadisənin intihar olub-olmaması və hansı səbəbdən baş verməsi hələlik bilinmir.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.
***
saat 14.26
Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə bu gün Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, ana azyaşlı qızı ilə birgə özünü 9-cu mərtəbədən atıb.
Nəticədə ana ölüb, qız isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin motivi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.