Bakıda intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb.
Orada yaşayan Abdulov Namiq Əbdülhüseyn oğlu yaşadığı evinin həyətindəki talvardan özünü asıb.
Onun asılmış meyitini ailəsi aşkar edib.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.