Bakıda intihar baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 43 yaşlı Zaur Niftulla oğlu Rəhmanov yaşadığı binanın beşinci mərtəbəsindən özünü atıb.
Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İntiharın baş vermə səbəbi məlum deyil.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.