Bakıda kişi qazdan zəhərlənib.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində baş verib. 60 yaşlı Hacağayev Əşrəf Dadaş oğlu hamamda dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Yasamal rayonunda da gənc qızın qazdan zəhərlənərək ölməsi barədə xəbər vermişik.