Bakıda dənizdə bir nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az-a verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri batan şəxsin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.