Bakıda azyaşlıların telefonları "Dodge"dən oğurlandı
19 aprel 2023 11:02 (UTC +04:00)

Bakıda azyaşlıların telefonları "Dodge"dən oğurlandı

0

Bakıda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayonu ərazisində bir qadının “Dodge” markalı avtomobilində 2 azyaşlı nəvəsinin 2 ədəd telefon və 2 ədəd planşetləri soyğunçuluq yolu ilə talanıb.

Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində  hadisədə şübhəli bilinən Laçın rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Hikmət Şahverdiyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1631

Oxşar yazılar