Bakıda evlərdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi qəsəbəsi ərazisində bir evdən 3000 manat dəyərində inşaat materialları, geyim və məişət əşyaları, digər evdən isə 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə axtarışda olan Salyan rayon sakini Yaşar Məmmədov saxlanılıb.
Araşdırma aparılır.