Bakıda "avtoş"ların sənədlərini alıb  cərimələdilər
18 fevral 2025 16:00 (UTC +04:00)

Bakıda "avtoş"ların sənədlərini alıb cərimələdilər

Bakıda avtoxuliqanlıq edən sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə növbəti tədbir keçirilb. Bu zaman paytaxt ərazisində idarə etdikləri nəqliyyat vasitələri ilə avtoxuliqanlıq edən iki sürücü - N.Məmmədov və E.Ağakərimli saxlanılıblar.

Həmin şəxslər barəsində toplanmış material və sübutlar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə N.Məmmədov və E.Ağakərimli cərimə edilməklə sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818

Oxşar yazılar