Bakıda avtomobil mağazaya girdi - FOTO  - VİDEO
09 iyul 2021 22:38 (UTC +04:00)

Bakıda avtomobil mağazaya girdi - FOTO - VİDEO

0

 

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Şövkət Məmmədova və Süleyman Sani Axundov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “KİA” markalı nəqliyyat vasitəsini idarə edən xanım sürücü sükan arxasında yuxulayıb.

Sükana nəzarətin itirilməsi avtomobilin yoldan çıxmasına səbəb olub.

Nəqliyyat vasitəsi inşaat malları mağazasına çırpılıb.

Nəticədə sürücü xəsarət alıb.

Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3067

Oxşar yazılar