Bakıda avtomobil aşdı, xəsarət alan var - FOTO
09 iyul 2021 03:09 (UTC +04:00)

Bakıda avtomobil aşdı, xəsarət alan var - FOTO

Bakının Binəqədi rayonunda avtomobil aşıb.

APA xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində, Heydər məscidi yaxınlığında, dairədə baş verib.

Mahmudov Zamin Sarvan oğlu “Ravon” markalı avtomobillə hərəkətdə olarkən sükana nəzarəti itirib. Nəticədə avtomobil aşıb. Qəza zamanı sürücü yüngül bədən xəsarətləri alıb.

Hadisə yerinə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yol-patrul xidmətinin inspektorları cəlb edilib. İlkin ehtimala görə, qəzaya səbəb sürücünün avtomobili yüksək sürətlə idarə etməsi olub. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1593
avatar

Oxşar yazılar