Bakıda ata 13 yaşlı oğlunu və xəstə arvadını döydü
29 dekabr 2022 14:50 (UTC +04:00)

Bakıda ata 13 yaşlı oğlunu və xəstə arvadını döydü

Bakıda 13 yaşlı oğlan ögey atası tərəfindən döyülüb.

Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Bu barədə uşaq özü Binəqədi rayon İcra Hakimiyyətinin müvafiq komissiyasına müraciət edib. Onun sözlərinə görə, ögey atası onu və xəstə anasını mütəmadi olaraq, döyüb.

Hadisə ilə bağlı rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb. Ailə kirayədə yaşadığı və tez-tez ərazini dəyişdiyi üçün onları tapmaq bir az çətinləşib. Ancaq polislər İcra Hakimiyyəti və QHT nümayəndələri ilə birgə ailənin yaşadığı mənzili taparaq, baxış keçiriblər. Bu zaman uşağın iddiaları təsdiqini tapıb. Uşağın bədənində döyülmə əlamətləri aşkar görünüb. Həmçinin tibbi ekspertiza da faktı təsdiq edib.

Hazırda azyaşlının atasına əməllərinə görə, qiymət verilməsi üçün adı çəkilən şöbədə araşdırma aparılır. Azyaşlı və anası isə İcra Hakimiyyəti ilə QHT-nin nəzarətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1947
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən çıxdı

Bakıda QƏZA: İşıqfor yerindən çıxdı

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10
Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

11 dekabr 2024 , 16:40