Bakıda anbardan 76 minlik  OĞURLUQ
20 sentyabr 2023 14:58 (UTC +04:00)

Bakıda anbardan 76 minlik OĞURLUQ

0

Bakıda anbardan külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayonu ərazisindəki mağazalardan birinin anbarından 76000 manat dəyərində elektrik naqili oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Haqverdiyev saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5103

Oxşar yazılar