Bakıda 85 min manatlıq yaşıllıq məhv edilib
21 avqust 2023 16:29 (UTC +04:00)

Bakıda 85 min manatlıq yaşıllıq məhv edilib

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində paytaxtın Nəsimi, Binəqədi və Xətai rayonları ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumaya görə, araşdırmalarla Nəsimi rayonunun Mirəsədulla Mirqasımov, Xan Şuşinski və digər küçələrinin kəsişməsində, Binəqədi rayonunun 7-ci mikrorayon, S.S.Axundov küçəsində, Nərimanov rayonunun Fətəli xan Xoyski küçəsində, Xətai rayonunun Məhəmməd Hadi və İlqar Zülfüqarov küçələrində ümumilikdə 27 ədəd müxtəlifcinsli, çoxillik ağac və kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə 85 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.3 və 259.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələrilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1929
avatar

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15