Bakıda 8-ci sinif şagirdi  döyüldü  - YENİLƏNİB
30 yanvar 2024 13:09 (UTC +04:00)

Bakıda 8-ci sinif şagirdi döyüldü - YENİLƏNİB

Yanvarın 29-da Sabunçu rayon Zabrat qəsəbəsi sakini ərazi üzrə polis orqanına müraciət edərək cari il yanvar ayının əvvəlində 14 yaşlı oğlunun birlikdə hazırlığa getdiyi yeniyetmə tərəfindən döyüldüyünü və döyülməsini əks etdirən görüntüləri yayacağı ilə hədəsi ilə ondan müxtəlif məbləğlərdə pul aldığını bildirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, daxil olan müraciətlə əlaqədar təhqiqat araşdırması başlanılıb.

Hadisə yerinə baxış keçirilib, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib, hadisə iştirakçılarının izahatları alınıb.

Hazırda təhqiqat araşdırmaları davam etdirilir.

***

29 yanvar, saat 20:52

Bakıda məktəblinin döyülməsi ilə bağlı məsələ araşdırılır.

Lent.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Qeyd olunub ki, hadisə ilə bağlı Sabunçu Rayon 15-ci Polis Bölməsinə bu gün məlumat daxil olub.

"Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək", - deyə bildirilib.

***

Saat 18:51

Bakı şəhəri 75 saylıtam orta məktəbin 8-ci sinif şagirdi qeyri-dərs günü məktəbdən kənar ərazidə fiziki və psixoloji təzyiqə məruz qalıb.

Lent.az bildirir ki, bu barədə APA-ya məktəbdən məlumat verilib.

Bildirilib ki, məsələ ilə əlaqədar şagirdin valideynləri hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, şagirdi Sabunçu rayonu, Zabrat qəsəbəsində 7 nəfər yeniyetmənin döydüyü barədə məlumat yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5763
avatar

Oxşar yazılar