Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə iyunun 2-də paytaxtın Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində baş verib. Həmin ünvanda yaşayan, 64 yaşlı S.Məmmədova yaşadığı binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.
Onun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.