Bakıda mənzildən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Verilən məlumat əsasında dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 36 yaşlı Əliyev Şamil Azad oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.