Bakı şəhərində kiberdələduzluq qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxt sakini olan 3 şəxs aldadılaraq bank hesabları və kartlarından 1500 manata yaxın maddi vəsait oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməllərini törətmiş şəxslər Ü.Qasımov və A.Əhmədov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar davam etdirilir.