Bakının Nərimanov rayonu ərazisində üç avtomobil toqquşub.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Famil Şirəliyev idarəetməsində olan “Opel” markalı maşınla prospektdə mərkəz istiqamətdə hərəkətdə olan zaman “Daewoo” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən “Daewoo” idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı maşına çırpılıb. Qəza nəticəsində “Opel” markalı maşında olan sərnişin xəsarət alıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təhqiqat araşdırmaları aparılır.