Bakıda  20 ton un   aparan TIR yandı - FOTO  - YENİLƏNİB
30 may 2022 08:15 (UTC +04:00)

Bakıda 20 ton un aparan TIR yandı - FOTO - YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonunda “Renault” markalı yük avtomobilinin kabinəsi və ön təkərləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi və yük yerinə yığılan 20 ton un yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

***

Saat 00:55

Qaradağ rayonunda yük maşını yanır.

Lent.az xəbər verir ki, hadisə  Sahil qəsəbəsində baş verib.

Hərəkətdə olan MAN markalı yük avtomobili qəfildən yanmağa başlayıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb.

Sail Ağasəlim

# 3435
avatar

Oxşar yazılar