Bakıda 19 manatı oğurlanan kişi özünü körpüdən atmaq istədi - FOTO  - YENİLƏNİB
04 aprel 2023 11:55 (UTC +04:00)

Bakıda 19 manatı oğurlanan kişi özünü körpüdən atmaq istədi - FOTO - YENİLƏNİB

Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. Onun sözlərinə görə, həmin şəxs izahatı alınması üçün polis bölməsinə aparılıb:

“Körpüyə çıxan şəxs 1969-cu il təvəllüdlü bir kişi idi. İddiasına görə, kafelərdən birində onun üzərində olan 19 manatı oğurlanıb. Bu səbəbdən o, sərxoş halda körpüyə çıxaraq oğurlanan 19 manatını tələb edib. Polis əməkdaşları tərəfindən intihara cəhdin qarşısı alınıb və şəxs izahatı alınması üçün polis bölməsinə aparılıb”.

***
Saat: 11:21

Bakıda bir nəfər özünü körpüdən atmaq istəyir.

Lent.az xəbər verir ki, paytaxtın Nəsimi rayonu, "3-cü mikrorayon" adlanan ərazisində bir nəfər özünü atmaq üçün körpünün üzərinə çıxıb.

Hazırda polis əməkdaşları onu fikrindən daşındırmağa və intiahrın qarşısını almağa çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4464

Oxşar yazılar