Bakıda azyaşlını elektrik cərəyanı vurub.
Lent.az-ın məlumatına görə, hadisə iyunun 8-də “Neftçilər” metrostansiyası yaxınlığında baş verib. 11 yaşlı Orucov Xəyal Xəqani oğlunu orada yerləşən uşaq bağçalarının birinin hasarında elektrik cərəyanı vurub.
Nəticədə o, hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.