Bakı sakininin maşınından külli miqdarda narkotik tapıldı
27 may 2023 12:30 (UTC +04:00)

Bakı sakininin maşınından külli miqdarda narkotik tapıldı

Bakı sakinindən külli miqdarda narkotik götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Məhərrəm Xasanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 25 qramdan artıq heroin və 21 qramdan çox metamfetamin aşkar olunub.

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Nissan” markalı avtomobilə baxış zamanı oradan əlavə 1 kiloqram 461 qramdan artıq heroin və 68 qramdan çox metamfetamin götürülüb.

# 1479
avatar

Oxşar yazılar