Bakı sakininin 1000 manatını külək apardı
20 oktyabr 2022 18:14 (UTC +04:00)

Bakı sakininin 1000 manatını külək apardı

Bakı sakini küçədə külli miqdarda pulunu itirib.

Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonunda, “Xütor” adlanan ərazidə baş verib. Paytaxt sakini olan bir nəfər 5 ədəd 100 və 1 ədəd 500 manatlıq olmaqla ümumilikdə 1000 manatını cibindən salıb.

Pulunu itirdiyini başa düşüb geri qayıdanda isə yüzlüklərini tapmayıb.

Ehtimal olunur ki, havanın küləkli olması səbəbilə yerə tökülən pullar yoxa çıxıb.

# 2301
avatar

Oxşar yazılar